RU

Alman general: Rusiya müharibədən təhlükəli şəkildə çıxacaq

BAKI, 27 iyun. TELEQRAF

“Qərbdə geniş yayılmış inancın əksinə olaraq, Rusiya Ukraynadakı müharibədən zəifləmiş deyil, daha təhlükəli şəkildə çıxacaq”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının müfəttişi general-leytenant Alfons Mays deyib.

“Mən qəti əminəm ki, Rusiya silahlı qüvvələri bu müharibədən sonra daha da güclənəcək”, - o vurğulayıb.

Generalın sözlərinə görə, ölənlərin sayının Moskva üçün əhəmiyyəti yoxdur:

“Kreml hər il 200 minə yaxın çağırışçını səfərbər edir və artıq ordusunun sayını 1,5 milyona çatdırıb. Bu, Qərblə genişmiqyaslı toqquşmaya uzunmüddətli hazırlıqdan xəbər verir”.

Избранный
73
6
teleqraf.com

4Источники