RU

Ermənistanda gərginlik - Daha bir arxiyepiskopun saxlanılması üçün əməliyyat keçirilir


II Qareginin iqamətgahında Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, Ermənistan təhlükəsizlik qüvvələrinin nümayəndələri Acapaxyanı aparmağa cəhd ediblər.
Təhlükəsizlik qüvvələri yepiskopu zorla maşına mindirməyə çalışsalar da, arxiyepiskop II Qareginin özünün müşayiəti ilə bütün ermənilərin katolikosunun iqamətgahına yollanıb. Mikael Acapaxyan hazırda Eçmiədzinin Ana taxtındadır.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları İsakov prospektini bağlayıblar, vətəndaşlar Eçmiədzinin Ana taxtını qorumaq üçün Eçmiədzinə getməyə çalışırlar.
Избранный
5
2
yeniavaz.com

3Источники