RU

55 yaşlı məşhur müğənniyə MƏHKƏMƏ ŞOKU

Məşhur müğənni Mustafa Sandal İstanbulun elit bölgələrindən biri olan Etilərdə kirayə qaldığı lüks mənzillə bağlı ev sahibi ilə məhkəməlik olub.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2018-ci ildən bəri Etilərdə yerləşən 3 otaqlı mənzildə kirayəçi olan Mustafa Sandal ilə ev sahibi İrem Arqat arasında kirayə məbləbi ilə bağlı uzun müddət davam edən mübahisə nəticəsiz qalıb və məsələ məhkəməyə daşınıb.

Belə ki, ev sahibi aylıq 65 min TL olan kirayə haqqının bazar dəyərindən çox aşağı olduğunu əsas gətirərək məbləğin 170 min TL-yə qaldırılmasını tələb edib.

Mustafa Sandalın vəkilləri isə bu məbləğin reallıqdan uzaq olduğunu deyərək iddianın rədd edilməsini istəyiblər. İstanbul məhkəməsi məsələni obyektiv qiymətləndirmək üçün ekspert təyin edib. Mütəxəssislər tərəfindən hazırlanan hesabatda mənzilin bazar dəyəri nəzərə alınaraq 150 min TL kirayə haqqı uyğun görülüb. Lakin məhkəmə bu məbləğə 10%-lik səhm endirim tətbiq edərək aylıq kirayə məbləğini 135 min lirə müəyyən edib.

Musavat.com

Избранный
14
2
musavat.com

10Источники