RU

Ermənistanda polislə keşişlər arasında dava düşüb - YENİLƏNİB + VİDEO

Eçmiədzində polislə keşişlər arasında dava düşüb.
 
Bu barədə Oxu.az "Sputnik Ermənistan"a istinadən xəbər verir.
 
Qeyd edək ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları kilsəyə basqın etmişdilər. Keşişlər katolikosun iqamətgahına təhlükəsizlik qüvvələrinin soxulmasına icazə vermək istəmirlər.
 
Bir qrup keşiş və dindarlar qapıları bağlayıb, arxiyepiskop və Erməni Apostol Kilsəsinin rəhbərinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün iqamətgahı tərk etməyə icazə vermirlər.

 

11:47
 
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması barədə qərar qəbul ediblər.
 
Oxu.az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Ara Zöhrabyan toplaşan keşişlər qarşısında məlumat verib.
 
Vəkilin qeyd etdiyi kimi, yepiskop İstintaq Komitəsinin qarşısına çıxmalıdır, bundan sonra onun həbsi ilə bağlı məhkəməyə vəsatət veriləcək.
 
Vəkil arxiyepiskopun müdafiəsi üçün hər şeyi etmək niyyətindədir. O hesab edir ki, bu cinayət işi hakimiyyətin kilsə əleyhinə kampaniyasının məntiqinə uyğundur.
 
Qeyd edək ki, cinayət işi bu il iyunun 17-də açılıb, buna səbəb 2024-cü ilin fevralında yepiskopun verdiyi müsahibə olub. İstintaqın versiyasına görə, bu müsahibədə hakimiyyətin ələ keçirilməsi və konstitusiya quruluşunun devrilməsinə çağırışlar edilib.
 
11:27
 
Hazırda Ermənistan təhlükəsizlik qüvvələri katolikosun Eçmiədzində yerləşən iqamətgahındadırlar.
 
Bu barədə vəkil Miqran Poqosyan paylaşım edib.
 
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın burada olub-olmaması ilə maraqlanıb. Məlum olduğu kimi, səhər saatlarından etibarən Adjapaxyanın Gümrüdəki iqamətgahında axtarışlar aparılır.
 
O da məlumdur ki, bu dəqiqələrdə ruhanilərin nümayəndələri iqamətgahın həyətində keşişlərin görüşünə toplaşıblar.
 
10:30
 
İyunun 27-si səhər saatlarında 30-a yaxın maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahına basqın edib.
 
Moderator.az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.
 
Arxiyepiskopun özü bildirib ki, həqiqətən də, onun iqamətgahına basqın cəhdi olub, lakin özü orada olmayıb.
 
Qeyd edək ki, bundan əvvəl yeparxiyanın rəhbəri arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlar əlamətləri üzrə cinayət işi qaldırılıb.
 
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Elə həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.

 

Избранный
31
50
moderator.az

10Источники