Olivye Jiru Avropa futboluna qayıdır.
Offsideplus.az xəbər verir ki, fransız hücumçu "Los Anceles" klubundan ayrılmaq üzrədir. Fransanın "Lill" klubu futbolçu və ABŞ təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üzrədir.
"Foot Mercato" nəşrinin məlumatına görə, Jiru danışıqlara start verib və özü Avropa futboluna qayıtmaq arzusunda olub.