Daxili işlər orqanları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətində tədbirlər görülür.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.