RU

Paşinyan Xudatyanı Türkiyəyə göndərir: Bu tapşırıqları verdi

Bu gün, iyunun 27-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan müşavirlərindən birinin müşayiəti ilə Türkiyəyə yola düşəcək.

Publika.az “Hraparak”a istinadla xəbər verir ki, səfərin məqsədi 30-dan çox ölkədən nəqliyyat sektoru rəhbərlərinin iştirak edəcəyi “Nəqliyyat Bağlantısı üzrə Qlobal Forum”da iştirak etməkdir.

“Bu, nazirlər forumudur. Bizdə məlumat var ki, Paşinyan Türkiyəyə getməzdən əvvəl David Xudatyan və onun müavini Armen Simonyanla məsləhətləşmələr aparıb, onlar bir sıra məsələləri müzakirə ediblər: Ermənistandan Türkiyəyə mal ixrac etmək və Türkiyədən Ermənistana idxal etmək de-yure mümkündürmü, Türkiyədən tranzitlə malların daşınması və Türkiyədən Ermənistan vasitəsilə de-yure tranzit keçə bilərmi və nəhayət, Türkiyə yük maşınları Ermənistan ərazisi ilə yük daşıya bilərmi? İstisna deyil ki, Türkiyə səfərinin əsl məqsədi bu məsələləri konstruktiv məcraya yönəltmək və əlaqələr qurmaqdır”, - nəşr bildirib.

Tural .

Избранный
15
4
publika.az

5Источники