RU

Bakıda güclü partlayış: rəsmi açıqlama yayıldı - Video

2025.06.26 - 23:14
Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş veribBUTA.TV xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub. *** İlkin məlumata görə, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.Hazırda ərazidə güclü yanğın müşahidə edilir. FHN əməkdaşları yanğını söndürməyə çalışır. *** Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.“Yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib”, - deyə bildirilib. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. *** Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. ***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Избранный
22
32
buta.tv

10Источники