RU

Qədim Misirdə makiyaj təkcə gözəllik üçün deyildi

Antik Misirdə qadın və kişilər arasında göz makiyajı geniş yayılmışdı və bu, təkcə estetik məqsədlə edilmirdi. Göz ətrafına çəkilən tünd rəngli boyaların həm sağlamlıq baxımından faydalı olduğuna, həm də pis enerjilərdən qoruduğuna inanılırdı. 
Sherg.az xəbər verir ki, bu ənənə fironlardan sadə insanlara qədər hər kəsin gündəlik həyatının bir hissəsinə çevrilmişdi.

Müasir araşdırmalar göstərib ki, həmin boyaların tərkibindəki təbii minerallar az miqdarda mikroblara qarşı qoruyucu təsir göstərə bilərdi. Bundan əlavə, bu boyalar günəş şüalarının zərərli təsirindən də qoruyurdu. Misirlilər həmçinin göz ətrafındakı bu makiyajın Tanrı Horusun gözü ilə əlaqəli olduğunu düşünür və onu mənəvi qoruyucu sayırdılar.
Избранный
5
1
sherg.az

2Источники