RU

"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb (Yenilənib)



Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, rəsmilər, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kino Agentliyinin direktoru Rəşad Əzizov  və digərləri da hadisə yerində olublar.

***

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
Избранный
20
1
reyting.az

10Источники