RU

“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr:günah kimdədir?-ÖZƏL

“Səs ünsiyyət və özünü idarə baxımından ən önəmli vasitədir. İnsan böyüdükcə səsi də püxtələşir, dəyişir. Xüsusən də yeniyetməlik dövründə. Onların uşaq səsi daha yetişmiş bir səsə çevrilir. Bu isə daha çox ifaçıları narahat edir. Bizim sənətimizdə oğlan uşaqlarında keçid dövrü deyilən bir ifadə var. Fərdidir. Bəzi uşaqlarda adətən 12, 13, 14, 15 yaşlarından başlayır. O vaxta qədər bu proses baş verir ki, görürsən ki, oğlan uşaqlarında inkişaf başlayır, səs qalınlaşır, qəfildən səs dəyişir. Bəzilərində tədricən dəyişir. Onda biz onlara tövsiyyə edirik ki, çalışsınlar az oxusunlar o dövrdə. Hətta səslərini zorlamasınlar. Səs hansı nota qədər işləyirsə ora qədər oxusunlar. Bir sözlə onlara bu yaş dövründə oxumağı qadağan edirik”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib. 
 
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan xanəndə deyir ki, musiqi məktəblərində yeniyetmələrə yalnız bəm səslə oxumağa icazə verilir:
 
“Görürsən ki, bəzən uşaq bu qadağaya əməl etmir. Yerli-yersiz səsindən istifadə edir, qışqırır. O uşağın səsi heç vaxt açılmır. Bu hədddindən çox oxuyan uşaqlarda olur. Sonra vaxt gəlir ki, səsi açılmalıdır, amma səsi açılmır. Müəllimlərə də tövsiyyə edirəm ki, uşaq musiqi məktəblərində çalışın o ərəfədə uşaqları çox oxutmayın. Bəzən 3 il, bəzən 4-5 il çəkir ki, 18 yaşından sonra səs açılmağa başlayır. Mənim elə tələbəm olub ki, 18 yaşında səsi tam açılıb. Proses 21, 22 yaşda tamamlanır. Bu təbii prossesdir. Hətta o vaxt Üzeyir bəy qayda-qanun qoymuşdu ki, xanəndəliyə 18 yaşından sonra gəlmək lazımdır. Oğlanlardan fərqli olaraq qızlarda yetkin yaşda səs dəyişmir, sadəcə formalaşır” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, Mənsum İbrahimov bir müddət əvvəl gənc xanəndə Kənan Bayramovun səsindəki dəyişiklə bağlı olaraq oxumağına qadağa qoymuşdu. Mənsum İbrahimov həmçinin Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiridir. Bu vəzifəni ondan öncə xalq artisti Arif Babayev daşıyırdı.
Избранный
11
moderator.az

1Источники