RU

"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiyanın aşağı liqasında işləyəcək

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Belarusdan olan 44 yaşlı mütəxəssis karyerasını Rusiyada davam etdirəcək.

O, FNL-2 təmsilçisi "Leninqradets"lə anlaşıb. Müqavilənin müddəti 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.

Aleksey Baqa məşqçi karyerasına ölkəsinin BATE klubunda başlayıb. O, 2022-ci ildə "Sumqayıt"da işləyib.

Избранный
52
8
sportinfo.az

10Источники