RU

"Eden" filmindən ilk tanıtım: Sidney Svini  fərqli obrazda

Oskar mükafatlı rejissor Ron Hovardın yeni filmi "Eden" üçün ilk rəsmi tanıtım yayımlandı. Gerilim janrında çəkilən bu maraqla gözlənilən filmdə Sidney Svini, Ana de Armas, Jude Lav, Vanessa Kirby və Daniel Brühl kimi məşhur adlar baş rollarda yer alır.

"Eden", mədəniyyəti geridə qoyub ıssız bir adaya sığınan bir qrup insanın real hekayəsindən ilham alır. Lakin qəhrəmanlar çox keçmədən anlayırlar ki, onları gözləyən ən böyük təhlükə nə sərt təbiət, nə də vəhşi heyvanlardır — ən böyük təhlükə, özləridir. Film, insan psixologiyasının qaranlıq tərəflərini və hakimiyyət uğrunda döyüşü ekranlaşdırır.

Filmin ssenarisi Noah Pinkə məxsusdur və "Eden" 22 avqust 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.


Избранный
8
1
sherg.az

2Источники