RU

Vətəndaşlardan xəsarət alan yoxdur - DİN

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.

Избранный
17
36
manset.az

10Источники