RU

DİN: Kinostudiyanın anbarında baş verən partlayışda xəsarət alan yoxdur

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Sherg.az-a  bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.
Избранный
6
36
sherg.az

10Источники