RU

TƏCİLİ! Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda GÜCLÜ PARTLAYIŞ KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Bakıda Müdafiə Sənayesi Nazirliyinə məxsus “Alov” zavodunda partlayış olub.

KONKRET.az xəbər verir ki, insident paytaxtın Nərimanov rayonu ərazisində — Kinostudiyanın yaxınlığında yerləşən zavodun köhnə pirotexnika sahəsində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən yanğınsöndürən briqadalar və digər təxirəsalınmaz yardım xidmətləri cəlb olunub.

Partlayışın səbəbi və mümkün insan tələfatı barədə hələlik rəsmi məlumat verilməyib. Ərazidə təhlükəsizlik tədbirləri görülür, əhali evakuasiya olunmayıb.

Əlavə məlumatlar verildikcə xəbər yenilənəcək.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
49
konkret.az

10Источники