RU

Kəlbəcərdə minik avtomobili aşdı, dörd nəfər xəsarət aldı

Kəlbəcərdə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qozlu körpü deyilən ərazisində qeydə alınıb.

İdarəetməni itirən "Lexsus" markalı avtomobilin aşması nəticəsində 4 nəfər yaralanıb.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
teleqraf.com

1Источники