RU

Kilian Mbappe PSJ-ni mənəvi tacizdə ittiham etdi

“Real”ın 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-ni mənəvi tacizdə (harassment) ittiham edib.

Arena.az bu barədə “Agence France-Presse”ə istinadən məlumat verir.

Bildirilir ki, Paris prokurorluğu bu məsələ ilə əlaqədar bu gün, iyunun 26-da iş açıb və hazırda təhqiqatla məşğuldur.

Mənbənin məlumatına görə, Mbappe PSJ-yə qarşı hələ cari ilin may ayında ərizə verib. Ulduz hücumçu 2023-cü ildə klub tərəfindən “mənəvi təngə gətirilməyə” və tacizə uğradığını vurğulayıb. O vaxt PSJ Mbappenin Paris klubdundan ayrılmaq istəyi müqabilində futbolçunu məşqlərdən kənarlaşdırmaqla bir növ cəzalandırmışdı. Mbappe ancaq onunla “yararlı söhbət” (kütləvi informasiya vasitələrinin ifadəsi – redaktorun qeydi) aparıldıqdan sonra heyətə qaytarılmışdı.

İlkin mənbə qeyd edir ki, Kilian Mbappe ilə bağlı vəziyyətdən başqa, PSJ tərəfindən müvafiq hallara, klubun bir neçə dəfə yol verdiyi qeydə alınıb.

Əlavə edək ki, taciz (ingiliscə: harassment) – geniş anlayışdır. Taciz – bir çox pis davranışı ifadə edir. Müvafiq kəlmə hüquqi bir anlamda istifadə edildiyi zaman təhdidedici, rahatsızlıq verən və kütlə tərəfindən qəbul edilməyən – yoverilməz davranışları ehtiva edir. Müvafiq halların müyyənləşdirilməsində hüquqi baxış vacib əhəmiyyət kəsb edir.

Избранный
9
arena.az

1Источники