RU

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlandı – Siyahı


Britaniyanın “FourFourTwo” jurnalı hazırda dünyanın ən yaxşı on məşqçisinin reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, birinci yerdə Fransa çempionu, ölkə kubokunun və Çempionlar Liqasının qalibi PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike qərarlaşıb.
İkinci yerdə isə İngiltərə çempionu “Liverpul”un hollandiyalı baş məşqçisi Arne Slot dayanır.
İlk üçlüyü İtaliya ikincisi Milan “İnter”inin italiyalı baş məşqçisi Simone İnzaqi tamamlayır.
Sözügedən siyahını təqdim edirik:
Luis Enrike (PSJ);
Arne Slott (“Liverpul”);
Simone İnzaqi (“İnter”/“Əl Hilal”);
Xosep Qvardiola (“Mançester Siti”);
Hans-Diter Flick (“Barselona”);
Xabi Alonso (“Bayer Leverkuzen”/“Real Madrid”);
Mikel Arteta (“Arsenal”);
Antonio Konte (“Napoli”);
Unai Emeri (“Aston Villa”);
Karlo Ançelotti (“Real Madrid” / Braziliya millisi).
Избранный
18
1
yeniavaz.com

2Источники