RU

“Sabah”ın rəqibindən növbəti transfer – bu dəfə müdafiəçi gəldi

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye” heyətini gücləndirib.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu yaxınlarda qapıçı Simon Sluqa ilə rəsmi anlaşma əldə edən “qraflar” bu dəfə mərkəz müdafiəçisi ilə ortaq məxrəcə gəlib. Belə ki, 29 yaşlı David Kastro ilə ikiillik müqavilə imzalanıb.

Klub ispaniyalının daha əvvəl vətənində “Estradense”, “Pontevedra”, “Seltiqa”, “Valensiya”nın ikinci komandası, “Numansiya” və “Ferrol”da forma geydiyini bildirib.

Əlavə edək ki, Kastro sonuncu klubu olan “Ferrol”da ötən mövsüm 24 oyun keçirib. O, bu matçlarda 8 sarı, 1 qırmızı vərəqəylə cəzalandırılıb.

“Transfermarkt”da bazar dəyəri 500 min avrodu. Futbolçu sol cinah müdafiəçisi kimi də effektivdi.
Xatırladaq ki, “Sabah” “Selye” ilə evdə iyulun 10-da, səfərdə 17-də üz-üzə gələcək.

KƏNAN BAHADIR

Избранный
35
football-plus.az

1Источники