RU

Yalnız arıqlamağa fokuslanmaq xeyirdən çox zərər verə bilər – BMJ


Yüksək Bədən Kütləsi İndeksi olan insanlar üçün yalnız çəkiyə fokuslanmaq zərərlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mövzu ilə bağlı BMJ jurnalında dərc olunmuş məqalədə qeyd olunub.
Mütəxəssislər bildiriblər ki, bədən kütlə indeksi (BKİ) yüksək olan şəxslər üçün yalnız çəki itkisinə fokuslanmaq sağlamlığa daha çox zərər verə bilər, nəinki fayda.
Doktor Xuan Franko və həmkarları qeyd ediblər ki, artıq çəkili insanların çoxu sağlam həyat tərzi dəyişiklikləri nəticəsində klinik baxımdan əhəmiyyətli çəki itkisinə nail olmur. Eyni zamanda, bu cür müdaxilələrin – xüsusilə çəkili insanlara qarşı olan stereotiplərin – potensial zərərləri tam aydın deyil.
Onlar vurğulayıblar ki, sağlam həyat tərzi vacib faydalar verir, lakin yalnız çəkini əsas götürmək insanın ümumi sağlamlıq vəziyyətini tam əks etdirmir.
“Buna görə də həkimlər fərdi ehtiyac və seçimləri nəzərə alaraq, yüksək keyfiyyətli və elmi sübuta əsaslanan tibbi xidmət göstərməlidirlər, fərqi yoxdur – xəstə artıq çəkilidir, yoxsa yox”, - məqalədə qeyd olunur.
Müəlliflər izah ediblər ki, onilliklər ərzində enerji qəbulunun azaldılması və fiziki aktivliyin artırılması piylənməyə qarşı mübarizənin əsas strategiyası olub:
“Lakin araşdırmalar göstərir ki, nu müdaxilələr əksər hallarda çəkiyə, ürək-damar xəstəliklərinə (məsələn, infarkt, insult) və ölüm riskinin azalmasına ciddi təsir göstərmir”.
Избранный
23
1
yeniavaz.com

2Источники