RU

Yay bolluğunda BAHALAŞMA - Qiymətlər niyə UCUZLAŞMIR?

Yay aylarının gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, bir çox ərzaq məhsullarının qiymətində artım qeydə alınır. Mövsümi dəyişikliklərin qiymətlərə təsiri illərdir qəbul olunan təbii sayılsa da, bəzi hallarda bu artımların süni şəkildə yaradıldığına dair ciddi narahatlıq var. Satıcılar yüksək maya dəyərindən, alıcılar isə süni qiymət artımından şikayətlənirlər.

Bəs, bu artımlar hansı səbəblərlə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media- ya danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, mövsümdə meyvə və tərəvəzlərin qiymət artımı, kütləvi bazara çıxarılması və aşağı maya dəyəri ilə əlaqəlidir.

Həmçinin inflyasiya, dövlət tənzimləmələri və artan xərclər, məhsul qiymətlərində artıma yol açır.

Bir neçə ildir ölkədə sürətli inflyasiya müşahidə olunur, bu da məhsulların  qiymətlərinə təsir göstərir. Eyni zamanda Tarif Şurasının  atdığı adımlar da məhsulların qiymətlərində dəyişikliyə səbəb olur.

Keçən il dizel qiyməti artdı, bu ilin yanvarından işıq-qazın qiyməti yüksəlib, minimum əməkaqqı artırılıb. Ümumilikdə belə deyək işçiliyin xərci keçən il 8 % olmuşdursa, bu il 10 % - ə çatıb. Bu amillər saxlanma, daşınma  xərclərinə təsir etdiyinə görə sahibkarların  da xərci artır, buna  görə də məhsulların qiymətində artım müşahidə olunur” – deyə X.Kərimli bildirib.

Избранный
47
30
news24.az

10Источники