Fransa millisinin futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-ni mənəvi təzyiqlərlə bağlı şikayət edib.
Viral.az AFP agentliyinə istinadən xəbər verir ki, Paris prokurorluğu bu işə görə araşdırmaya başlayıb.
26 yaşlı forvard 2026-cı ilin mayında ölkə çempionuna qarşı ittiham irəli sürüb. Hücumçu 2023-cü ildə ona qarşı mənəvi təzyiq olduğunu bildirib və təqiblərdən şikayətlənib. Mbappe daha sonra komandadan ayrılmaq istədiyi üçün məşqlərdən və matçlardan uzaqlaşdırılıb. Oyunçu yalnız danışıqlardan sonra heyətə qayıda bilib.
Son Yazılar:
- Mbappe PSJ-ni şikayət ETDİ
- “07” ilə toqquşan motosikletçi öldü
- Nüvə obyektləri hücumlarda zərər görməyib
Bu gün artıq Paris təmsilçisinə qarşı istintaq başladılıb.
Qeyd edək ki, Kilian Mbappe 2024/2025 mövsümünün əvvəlində İspaniyanın “Real” klubuna keçib.