RU

Daha bir qəbiristanlıq YANDI - FOTO

Ağdaşın Xınaxlı kəndində baş verən yanğın qəbiristanlığa da keçib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Bildirilib ki, qəbiristanlıqda həm də ziyarətgah var.

Əraziyə yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində təqribi olaraq 200 m² ərazidə qəbir daşları yanaraq kül olub. Yanğın xəbərini eşidən ölən şəxslərin yaxınları dərhal ora gəliblər.

Qeyd edilib ki, yanğın tam söndürülsə də, yenidən alovlanmaması üçün ərazi nəzarətdə saxlanılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
7
4
milli.az

8Источники