RU

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 26%-dən çox artıb

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 4 milyard 143 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,2% və ya 862 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 2 milyard 449 milyon manatı elektron ticarət, 910 milyon manatı POS-terminallar, 645 milyon manatı bankomatlar, 140 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il iyun ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 117 min təşkil edib.

Избранный
28
50
apa.az

10Источники