RU

ABŞ kəşfiyyatı: Bombalar İranın nüvə proqramını məhv edə bilmədi

ABŞ zərbələrinin İranın nüvə obyektlərini tamamilə məhv etmədiyini deyən kəşfiyyat məlumatı yayılıb.

Prezident Donald Tramp ABŞ hərbi zərbələrinin İranın nüvə obyektlərini "tamamilə məhv etdiyini" israrla deyir.

Amma yayılan bir kəşfiyyat hesabatı bu zərbələrin uğurlu olub-olmaması ilə bağlı şübhələr yaradır.

Yayılan məlumatlara görə, Pentaqonun ilkin kəşfiyyat qiymətləndirib ki, bu hücum ölkənin nüvə proqramını məhv etməyib və ehtimal ki, onu sadəcə "ən yaxşı halda bir neçə ay" geri salıb.

Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) qiymətləndirməsi ilə tanış olan mənbələrin BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-ə deyib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı şənbə günü həyata keçirilən bombardman zamanı məhv edilməyib.

Mənbələr əlavə edir ki, İranın sentrifuqları, əsasən, "salamatdır" və zərbələrin təsiri yalnız yerüstü obyektlərlə məhdudlaşıb.

Ağ Ev bu qiymətləndirməni "tamamilə səhv" adlandırıb və bildirib ki, bu məlumat "kəşfiyyat cəmiyyətindəki aşağı səviyyəli, bacarıqsız biri" tərəfindən sızdırılıb.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl "Air Force One" təyyarəsində jurnalistlərə bildirib ki, İranın üç nüvə obyekti "mükəmməl şəkildə" vurulub və məhv edilib. O, ABŞ mediasının bu barədəki xəbərlərini "hücumları həyata keçirənlərə qarşı çox hörmətsiz" adlandırıb.

İsrail və İranın bir-birinə hücumları iyunun 13-dən 24-ə kimi davam edib.

İsrail İranda nüvə obyektlərini, hərb məkanları, yüksək rütbəli generalları və nüvə sahəsində çalışan alimləri hədəfə alıb.

İran da İsrailə cavabında onun ərazisinə orta mənzilli raketlər və dronlar ilə hücum edib.

Atəşkəs elanından 2 gün əvvəl Amerika Birləşmiş Ştatları İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombalayıb.

İranda İsrail hücumları 600-dən çox insanı öldürüb, 5 mindən çox yaralı var, yerli səhiyyə rəsmiləri bildiriblər.

İsrail hücumlar başlayandan bəri 20-dən çox adamın öldüyünü, mindən çox insanın yaralandığını deyib.

Избранный
11
bbc.com

1Источники