RU

Putin bir gün mühakimə olunacaq - Zelenski

BAKI, TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurası Parlament Assambleyasının Baş katibi Alen Berset iyunun 26-da Strasburqda Ukraynaya qarşı “təcavüz cinayəti” üzrə beynəlxalq xüsusi tribunalın yaradılmasına dair saziş imzalayıblar.

TurkicWorld xəbər verir ki, tərəflər bildiriblər ki, bu tribunal Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı tammiqyaslı işğal nəticəsində törədilən “sayı-hesabı olmayan hərbi cinayətlərə” görə Rusiya Federasiyasının ali rəhbərliyini məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Zelenski tribunalın təsis edilməsini “ədalətə aparan real şans” kimi qiymətləndirib və bəyan edib ki, bir gün Rusiya Prezidenti Vladimir Putin də bu tribunal qarşısında cavab verəcək. O, tribunalın Nürnberq və keçmiş Yuqoslaviya üzrə beynəlxalq məhkəmələrin hüquqi irsinə əsaslanaraq, Rusiyanın təcavüzkar siyasətinə cavab olmalı olduğunu bildirib.

“Nürnberq məhkəməsini dünya heç vaxt unutmayacaq. İndi biz eyni ədaləti Rusiyanın Ukraynaya qarşı təcavüzü üçün tələb edirik. Bu cinayət açıq şəkildə mühakimə olunmalıdır”- deyə o bildirib.

Avropa Şurasının baş katibi Alen Berset bildirib ki, bu tribunal BMT Nizamnaməsini pozaraq güc tətbiq edənlərə cavabdehlik daşıtdıracaq ilk beynəlxalq hüquqi mexanizmdir.

Qeyd edək ki, ABŞ tribunal ideyasına əvvəlki prezident Co Baydenin dövründə dəstək versə də, Donald Trampın administrasiyası bu təşəbbüsə qarşı çıxıb.

Избранный
8
turkic.world

1Источники