RU

Vüsal İsgəndərli “Partizani”də

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli bundan sonra Albaniyanın “Partizani” klubunun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Bu yay Türkiyənin “Boluspor” klubundan azad agent kimi ayrılmış futbolçu “Partizani” ilə 1+1 illik müqavilə imzalayıb.

Artıq İsgəndərli yeni komandasında debüt də edib. O, komandasının Şimali Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda meydana çıxıb. “Partizani” yerli “Rabotniçki” ilə qarşılaşıb. Albaniya klubu bu matçda 3:0 hesablı qələbə qazanıb. İsgəndərli görüş üçün start heyətdə yer alıb. O, fasilədə əvəzlənib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunmuşdu. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 41 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Избранный
8
arena.az

1Источники