Klublararası Dünya Çempionatında pley-off mərhələsinin daha iki cütü məlum olub.
Futbolpress.az xəbər verir ki, Dortmund “Borussiya”sı növbəti mərhələdə Meksikanın “Monterrey” komandası ilə qarşılaşacaq.
“İnter” isə “Fluminense” ilə üz-üzə gələcək. Son cütlər bu gün baş tutacaq oyunlardan sonra məlum olacaq.
Klublararası Dünya Çempionatı
Pley-off mərhələsi
Palmeyras – Botafoqo
Benfika – Çelsi
PSJ – İnter Mayami
Flamenqo – Bavariya
İnter – Fluminense
Borussiya Dortmund – Monterrey