RU

Müharibə incəsənəti: ATƏT coğrafiyasında torpaqlarını azad etmiş ilk ordu

Ən yeni tarixdə müharibə mövzuları, ənənəvi ordu təsəvvürləri kifayət qədər dəyişib. Azərbaycan Ordusu müasir mobil və çevik ordu növlərindən biridir. Və Azərbaycan Ordusunun ən yeni tarixdə nailiyyətləri dünya ordu reytinqinə görə, öndə gedən bir çox ölkələrin ordu nailiyyətlərindən daha çoxdur.

Bunu Publika.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Siyasi şərhçi deyib ki, Azərbaycan Ordusu istər 2014-cü ildə Aprel döyüşləri, istərsə də 2020-ci ildə ATƏT coğrafiyasında ilk dəfə öz torpaqlarını işğaldan azad etmiş xalqın, bir dövlətin salnaməsini yazmış bir ordudur. Həmçinin 2020-2023-cü illərdə mütəmadi şəkildə həyata keçirilmiş antiterror əməliyyatlarında qalib olmuş bir ordudur.

Politoloq qeyd edib ki, ən əsası da odur ki, Azərbaycan Ordusu digər coğrafiyalarda aparılan qanlı müharibələrdən fərqli olaraq mülki əhaliyə toxunmadan, onların qanını tökmədən hərəkət edib və dünya hərb tarixinə öz humanist və qalib adını yazdırıb.

"Hətta mən deyərdim ki, Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı sərgilədiyi hərəkətləri müharibə incəsənəti də adlandırmaq olar. Baxmayaraq ki, 30 ildən artıq işğalçı erməni separatçıları Xankəndidə mülki obyektlərdə cəmləşmişdi, amma Azərbaycan Ordusu heç bir mülki vətəndaşa ziyan vermədən o terrorçuların mərkəzini dağıtdı və onların rəhbərlərini ələ keçirdi", - deyə Yeganə Hacıyeva vurğulayıb.

O deyib ki, əlbəttə ki, Azərbaycan Ordu quruculuğunun önündə Azərbaycan Prezidenti gedir:

Избранный
13
1
publika.az

2Источники