Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 72.49 ABŞ dolları təşkil edir. Bu, 0.37 ABŞ dolları və ya 0.51% artım deməkdir.
Azərbaycan neftinin əvvəlki qiyməti isə 72.12 ABŞ dolları idi.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.