RU

Gəncədə hərbi yürüş keçirilir FOTO

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, yürüş şəhərin Nizami Gəncəvi prospektində başlayaraq Atatürk prospektinə qədər davam edəcək.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Laçın və Xankəndində də hərbi yürüş keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
2
apa.az

3Источники