RU

Narkobaron “Fito” Ekvadorda tutulub

Ekvadorun təhlükəsizlik qüvvələri 17 aylıq axtarışdan sonra ölkə tarixində ən çox axtarılan narkotik taciri və dəstə başçısı, “Fito” ləqəbli Adolfo Masias Salazarı həbs edib.

“Los Choneros” cinayət təşkilatının lideri Fito paytaxt Kitodan 400 kilometr aralıda yerləşən Manta liman şəhərindəki sığınacaqda yaxalanıb.

Səlahiyyətlilər polis və hərbçilərin birgə həyata keçirdiyi əməliyyatın təxminən 10 saat davam etdiyini və itkilərin olmadığını bildirib.

Ekvador prezidenti Daniel Noboa “X” sosial media platformasında verdiyi açıqlamada “Polis və əsgərlərimizə təşəkkür edirəm. Daha çoxu ələ keçəcək. Ölkəmizi geri alacağıq, mübarizəni davam etdirəcəyik” dedi.

Digər tərəfdən, yerli media ABŞ-da çoxsaylı cinayətlərə görə həbs qərarı olan Fitonun yaxın günlərdə ekstradisiya ediləcəyini bildirib.

***

Fito qətl, cinayət təşkilatı təşkil etmək, qeyri-qanuni silah saxlama və narkotik ticarəti ittihamları ilə ümumilikdə 34 il həbs cəzasına məhkum edilib.

Cəzasının 12 ilini tamamlayan Fito 7 yanvar 2024-cü ildə Quayaquil Regional Həbsxanasında baş verən iğtişaşdan istifadə edərək qaçıb.

Qaçışdan sonra ölkə daxilində həbsxanalarda iğtişaşlar və zorakılıqlar başlayıb və çoxlu insan həyatını itirib.

Fitonun qaçmasından və polis maşınlarına bombalı hücumlardan sonra hökumət yanvarın 9-da 60 günlük fövqəladə vəziyyət elan etmişdi.

Избранный
22
vaxt.az

1Источники