RU

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyana həbs qətimkan tədbiri seçildi

Ermənistanda istintaq “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərib.

Viral.az xəbər verir ki, onların arasında bu gün saxlanılan hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da var.

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının saxlanılan lideri, arxiyepiskop Baqrat Qalstanyan haqqında 2 aylıq həbs qətimkan tədbiri ilə bağlı istintaqın vəsatətini təmin edib.

Son Yazılar:

Bundan başqa Hakim Masis Melkonyanın sədrliyi ilə baş tutan məhkəmə prosesi zamanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın deputatı David Qalstyan, Baqrat Qalstyanın köməkçisi Movses Şabatyan, hərəkatın tərəfdarı olan bloger Armen Aleksanyan, istefada olan polkovnik Miqran Maxsudyan, sabiq (ölmüş) hərbçi Ara Rostomyanın atası, hərəkatın fəalları Lidiya Mantaşyan və Aqvan Arşayan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, saxlanılan Tiqran Qalstanyanın həbsi ilə bağlı qərar iyunun 26-da saat 11:00-da açıqlanacaq.

Qeyd edək ki, ümumilikdə istintaq müxalifət hərəkatının 16 üzvünün həbsi ilə bağlı vəsatət qaldırıb.

Избранный
8
10
viral.az

10Источники