RU

İranın 60% zənginləşdirilmiş 400 kiloqram uranı yoxa çıxıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

"Report" xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi "France 2" telekanalının efirində deyib.

"60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir. Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib", - deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.

Qrossi həmçinin, İran parlamentinin agentliklə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını da şərh edib: "Bu, İranın agentliyə etdiyi bir lütf deyil. Bu, qanuni öhdəlikdir. Nə qədər ki, "Nüvə silahının yayılmaması haqqında" müqaviləsinin tərəfi olaraq qalır, bu öhdəlik qüvvədə qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
2
olaylar.az

3Источники