RU

Romano onun sürprizini necə pozub? – Atasına yalandan deyirmiş ki…

“Liverpul”un sağ cinah müdafiəçisi Jeremi Frimpong atasına etmək istədiyi sürprizin necə pozmalı olduğunu danışıb.

Publika.az xəbər verir ki, İngiltərə klubuna keçidi zamanı tanınmış insayder Fabritsio Romanonun transfer informasiyasını öncədən yayması səbəbilə Frimpong atasına planlaşdırdıqlarından daha tez hər şeyi deməli olub.

“Atam ‘Liverpul’ azarkeşidir. Ona görə də şayiələr yayılanda dedim: “Ata, bu doğru deyil, inanma”. Ailəm isə məni inandırmağa çalışırdı ki, gəlin bunu ona sürpriz edək. Amma Fabritsio Romano məlumatı paylaşanda vəziyyət artıq dözülməz oldu.

Atam ağıllı adamdır. Məndən soruşdu: “Jeremi, bu doğrudur?!” Mən də etiraf etməli oldum: “Ata, mən “Liverpul”a keçirəm, sənin komandan üçün oynayacağam”. O isə dedi: “Ola bilməz!” Əla reaksiya idi!”

Избранный
21
publika.az

1Источники