RU

Tramp: "Onu it kimi qovmaq lazımdır"

ABŞ prezidenti Donald Tramp ötən şənbə günü İranın nüvə obyektlərinə edilən hücumların təsirləri ilə bağlı ABŞ kəşfiyyatının natamam qiymətləndirməsini ictimaiyyətlə bölüşdüyü üçün CNN müxbiri Nataşa Bertranı tənqid edib.

Tramp Truth Social kanalında verdiyi açıqlamada Bertrandın "Patriot pilotlarını pis göstərərək onları gözdən salmağa çalışdığını" və dərhal CNN-dən qovulmalı olduğunu bildirib.

AzNews.az-ın xəbərinə görə, Tramp yazıb ki, Bertranda “dərhal xəbərdarlıq edilməli və sonra “it kimi” atılmalıdır”.

Tramp Bertrandın yaydığı xəbərlərə etiraz edərək onun CNN-in reputasiyasına xələl gətirən adlardan biri olduğunu iddia edib.

Избранный
27
aznews.az

1Источники