RU

Trampa “ata” dedi

NATO sammitində baş katib Mark Rutte ilə ABŞ prezidenti Donald Tramp arasında dialoq sammitdə iz buraxıb.

NATO-nun baş katibi Mark Rutte və Donald Tramp NATO Liderlər Zirvə Toplantısı öncəsi söhbət edərkən, ikisi arasında dialoq gündəmin müzakirə mövzusu oldu. O, Trampın İsrail-İran müharibəsi ilə bağlı şərhinə yumorla cavab verib. Rutte zarafatla Trampı “ata” adlandırıb. Tramp Ruttenin müraciətinə gülərək cavab verib. İkilinin həmin söhbəti kameraya da düşüb.

Bu sözlərlə bağlı bir jurnalist Rutte sual verib. Baş katib jurnalistin sualını cavablandırıb.

Mark Rutte: “Və sonra bəzən “ata” bunu dayandırmaq üçün sərt dildən istifadə etməli olur”.

Jurnalist: “Sizcə, ABŞ prezidenti ilə iş görəndə özünü belə aparmalısan? Demək istəyirəm ki, iltifat və təriflə, bu, bir az alçaldıcı deyilmi? Bu, sizi zəif göstərmirmi?”

Mark Rutte: “Xeyr, mən belə düşünmürəm. Bu zövq məsələsidir. Amma onun yaxşı dost olduğunu düşünürəm”.

Ruttenin Trampa olan sevgisi əslində bir neçə dəfə kameralara tuş gəlib.

Mark Rutte: “Sən güclü insansan. Amma həm də sülhsevər insansan. İndi də İsrail və İran arasında atəşkəs əldə etməkdə bacarıqlı qazandın. Bunun üçün sizi həqiqətən qiymətləndirmək istəyirəm. Uzun müddətdir ki, müttəfiq olan ABŞ bu öhdəliyin yükünün çox hissəsini öz üzərinə götürüb. Və bu, bu gün dəyişir. Prezident Tramp, əziz Donald, bu dəyişikliyi siz mümkün etdiniz”.

Избранный
20
50
vaxt.az

10Источники