RU

"Shell" BP-ni almaq barədə yayılan xəbərləri təkzib edib

Bakı. Trend:

Britaniya-Niderland neft və qaz nəhəngi “Shell” Britaniyanın “BPplc” şirkətini almaqla bağlı danışıqlar apardığına dair mətbuatdayayılan məlumatları təkzib edib.

Trend xəbər verirki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

“Shell”in rəsmi açıqlamasında qeyd olunub: “Heç bir danışıqlaraparılmır. Şirkət böyük satınalmalar vasitəsilə deyil, mövcudəməliyyatlarının gücləndirilməsi yolu ilə böyüməyə fokuslanıb”.

Qeyd edək ki, daha əvvəl “Shell”in baş direktoru Vael Savanbildirib ki, şirkət əldə etdiyi vəsaiti “BP” ilə razılaşmaya deyil,daha çox öz səhmlərinin geri alınmasına sərf etməyiplanlaşdırır.

Xatırladaq ki, “The Wall Street Journal” (WSJ) məlumatlımənbələrə istinadən “Shell”in “BP” ilə satınalma danışıqlarınınilkin mərhələsində olduğunu yazmışdı.

Избранный
112
6
az.trend.az

10Источники