Ermənistanın paytaxtı İrəvanda keşiş Baqratın saxlanılmasına etiraz edən yüzlərlə insan məhkəmə binası qarşısına toplaşıb.
Musavat.com xəbər verir ki, onlar keşişə azadlıq tələb edir və onun dövlət çevrilişinə cəhd ittihamı ilə həbsinə qarşı çıxırlar.
Etirazçılar “Baqrat bizimlədir!”, “Xalq kilsəni tək qoymayacaq!” şüarları səsləndirirlər.
Keşiş Baqrat bu gün səhər dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılıb. O, son dövrlər Paşinyan hökumətini kəskin tənqid edən çıxışları ilə yadda qalmışdı.
Musavat.com