RU

Ceff Bezos toyunda hədiyyə əvəzinə nə istədi?

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Amazon”un qurucusu Ceff Bezos və onun nişanlısı teleaparıcı Lauren Sançez qeyri-adi qərar qəbul ediblər.

Yeniavaz.com xəbər verir ki, cütlük ənənəvi toy hədiyyələri əvəzinə məşhur qonaqlarından Venesiya şəhərinə ianə vermələrini xahiş edirb.

“Bezos hədiyyələrin ona deyil, Venesiyanın ünvanına verilməli olduğunu açıq şəkildə ifadə etdi”, - Venesiya şəhər şurasının ticarət və istehsalat üzrə üzvü Sebastiano Kostalonqa deyib.

Kostalonqanın sözlərinə görə, bu jest təkcə şəhər üçün vacib deyil, həm də başqaları üçün nümunə ola bilər:

“Bu, Venesiyada toy və ya hər hansı bir qeyd etməyi planlaşdıran başqalarını ruhlandıra biləcək çox əhəmiyyətli bir siqnaldır. Biz kövrək şəhərimizi qorumaq üçün əlavə maliyyə almaqdan çox məmnunuq”.

Qeyd edək ki, cütlüyün qərarı Venesiyadakı etirazlar fonunda ortaya çıxıb. Yerli sakinlər yarana biləcək narahatlıqlardan və turist axınından narahat olduqlarını bildirirlər. Bununla belə, Kostalonqa əmin edir ki, əksər şəhər sakinləri tədbiri sakit qarşılayırlar. “Associated Press”in məlumatına görə, cütlük bayram zamanı Venesiyanın zəngin mədəni tarixini işıqlandırmaq qərarına gəlib: toy üçün lazım olan mal və xidmətlərin 80%-i yerli təchizatçılardan alınacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
yeniavaz.com

2Источники