RU

Millət vəkili Məşhur Məmmədov Lənkəran Dövlət Universitetinin “Məzun Günü”ndə iştirak etdi » AzadMedia.az


Lənkəran Dövlət Universitetində (LDU) təntənəli şəkildə keçirilən “Məzun Günü” tədbirində millət vəkili Məşhur Məmmədov da iştirak edib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, Dövlət Himni səsləndirilib.

Universitetin rektoru, professor Natiq İbrahimov məzunları təbrik edərək bildirib ki, bu il 1327 nəfər – 1115 bakalavr və 212 magistr LDU-dan məzun olur. O, son illərdə universitetin maddi-texniki bazasının gücləndirilməsi, yeni tədris binalarının tikintisi, beynəlxalq əməkdaşlıqlar və təhsil keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva da tədbirdə çıxış edərək icra başçısı Taleh Qaraşovun adından məzunlara təbriklərini çatdırıb, onları Azərbaycançılıq dəyərlərinə sadiq qalmağa çağırıb.

Millət vəkili Məşhur Məmmədov çıxışında məzunlara həyat yollarında uğurlar arzulayıb, onların cəmiyyətin inkişafında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. O, həmçinin LDU-nun son illərdə qazandığı uğurları yüksək qiymətləndirib və universitetin bölgədə sosial-iqtisadi və elmi-mədəni tərəqqiyə verdiyi töhfəni vurğulayıb.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər, o cümlədən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, məzun və valideyn nümayəndələri təbrik nitqləri söyləyiblər. Məzunlara diplomlar, xatirə hədiyyələri və sertifikatlar təqdim olunub.

Sonda universitet tələbələrinin ifasında keçirilən konsert proqramı ilə tədbir bayram əhval-ruhiyyəsində başa çatıb.



Избранный
14
azadmedia.az

1Источники