İker Munyain klubsuz qalıb. İspaniya millisinin sabiq futbolçusu “San Lorenso”dan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, “San Lorenso”da 2024-cü ilin yayından çıxış edən Munyain komandada 26 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib. İker Cənubi Amerikaya üz tutmazdan əvvəl 2009-24-cü illərdə yetirməsi olduğu “Atletik”də çıxış edib.
Onun İspaniya yığmasında yalnız 2 oyun keçirdiyini də xatırladaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта