RU

Həmcinsini yarıçılpaq şəkilləri ilə şantaj edib pulunu mənimsəyən qadına AĞIR CƏZA

Hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq, Sona Əhmədova 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovanın yeddi il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya üç min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyib. S.Əhmədova bu səbəbdən X.Babayevanı yarıçılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələbetmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

 

Избранный
51
10
7news.az

9Источники