RU

Morata "Qalatasaray"a qayıtmayacaq: Bu klubdan təklif alıb

İspaniyalı hücumçu Alvaro Morata İtaliyanın "Komo" klubu ilə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Komo" Morataya rəsmi təklif göndərib və hazırda tərəflər arasında danışıqlar davam edir. Romano əlavə edib ki, 32 yaşlı futbolçu nə məxsus olduğu "Milan"da qalacaq, nə də ötən mövsüm icarə əsasında formasını geyindiyi "Qalatasaray"da çıxışını davam etdirəcək.

Xatırladaq ki, Morata 2025-ci ilin yanvarında "Milan"dan "Qalatasaray"a icarəyə verilmişdi. O, 2024/25 mövsümündə Türkiyə Superliqasında 12 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
9
publika.az

1Источники