RU

Vaqif Poeziya Günləri Qazaxda başlanacaq Şuşada bitəcək

Vaqif Poeziya Günlərinin açılışı 14 iyulda Qazaxda keçiriləcək.

Bu barədə APA-ya Yazıçılar Birliyinin katibi İlqar Fəhmi məlumat verib.

 

“Molla Pənah Vaqif marşrutu üzrə açılışdan sonra tədbirlər 15-i Gəncədə, 16-sı Ağdamda, 17-si və 18-i isə Şuşa şəhərində keçiriləcək. Bağlanış mərasimi Şuşada baş tutacaq”, – deyə İlqar Fəhmi bildirib.

O, həmçinin qeyd edib ki, Vaqif Poeziya Günləri çərçivəsində Bəxtiyar Vahabzadənin yubileyi ilə bağlı tədbir də keçiriləcək.

Mədəniyyət Nazirliyi faktı  təsdiqləyib.

AzPost.az

Избранный
6
7
azpost.info

8Источники