RU

23 illik sirr: Öldürülən turistin qalıqlarını tapmaq üçün 500.000 dollar mükafat

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliya polisi 2001-ci ildə öldürülən və cəsədi tapılmayan britaniyalı turist Peter Falconionun sümüklərinin tapılması ilə bağlı məlumat verən hər kəsə 500 min dollar mükafat veriləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ABC News un məlumatına görə, Şimal Ərazisi əyalət polisi 2001-ci ilin iyulunda öldürülən, lakin cəsədi tapılmayan Falconionun sümüklərini tapmaq üçün işlərini davam etdirir.

Polis rəsmisi Mark Grieve, kiminsə Falconio-nun qalıqlarını tapmağa kömək edəcək məlumat verə biləcəyinə ümid etdiklərini və bu şəxsə 500.000 dollara qədər mükafat təklif edəcəklərini söylədi.

Grieve daha əvvəl 250 min dollar civarında mükafat təklif etdiklərini, lakin prosesi sürətləndirmək üçün məbləği artırdıqlarını, Falconionu öldürən Bradley John Murdoch-un ingilis turistin cəsədini harada gizlətdiyi ilə bağlı sualları cavabsız qoyduğunu bildirib.

Günel

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники