Sumqayıtda müəssisə ərazisində yanğın olub.
Xezerxeber.az məlumat verir ki, ərazidə təxminən 2000 kvadratmetr sahədə qamışlıq və məişət tullantıları yanıb. Yanğınla bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb. Alovun yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbi araşdırılır.