RU

Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib.

Qeyd edək ki, milli bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.

Избранный
263
50
report.az

10Источники