RU

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub

Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Ərazini ziyarət edən azərbaycanlı həyatını itirənlərin xatirəsini anmaq məqsədilə abidənin önünə gül dəstəsi qoyub. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Избранный
16
1
far.az

2Источники